“Barselona” baş məşqçisi ilə bağlı qərarını verdi
11.04.2025 , 13:38

“Barselona” baş məşqçisi Hans-Diter Fliklə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi almaniyalı mütəxəssisin müqaviləsini uzadacaq.
La Liqa klubu məşqçinin işindən razıdır və onu komandada saxlamaq istəyir.
Tərəflər arasında yeni kontraktın bağlanması ilə bağlı danışıqlara başlanılıb.
