Xəbər verdiyimiz kimi, futzal üzrə UEFA Kubokunun əsas seçmə mərhələsində keçirdiyi hər üç oyunu qələbə ilə başa vurmuş Azərbaycan çempionu “Araz” qrupda birinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb.
Korner.az-ın məlumatına görə, final mərhələsinin oyunlarına ev sahibliyi etmək üçün artıq AFFA tərəfindən Bakı şəhərinin namizədliyi irəli sürülüb və bununla bağlı UEFA-ya müraciət edilib.
“Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və “Araz”ın mübarizə aparacağı “Dördlər finalı” 2014-cü ilin aprel ayında keçiriləcək.
