“Barselona”nın futbolçusu Lionel Messi komanda ilə birgə məşqlərə başlayıb.
Korner.az-ın məlumatına görə, zədə səbəbindən 3 həftə komandasına kömək edə bilməyən argentinalı zədəsini tam sağaldıb.
Messidən başqa fransız müdafiəçi Samuel Umtiti də zədəsini sağaldıb və komanda yoldaşları ilə birgə məşq edir.
