“Barselona”nın müdafiəçisi Jeremi Matye La Liqanın 19-cu turunda “Atletik” (Bilbao) ilə keçiriləcək oyunda iştirak etməyəcək.
Korner.az-ın məlumatına görə, buna səbəb fransalı futbolçunun zədəli olmasıdır.
32 yaşlı futbolçu qarşıdakı günlərdə “Barselona”nın məşqlərinə də qatıla bilməyəcək. Onun hansı müddətə yenidən yaşıl meydanlara qayıdacağı hələlik məlum deyil.
