“Barselona”nın əsas heyəti daha bir itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, komandanın qapıçısı Andre ter Stegen 3 oyun buraxacaq.
Buna səbəb onun məşq zamanı zədələnməsidir. 24 yaşlı qolkiperin 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Ter Stegen İspaniya La Liqasında “Alaves” və “Leqanes”, Çempionlar Liqasında “Seltik”lə görüşlərdə oynamayacaq.
