“Barselona” “Atletiko”nu son dəqiqələrdə “yıxdı”- VİDEO
07.04.2019 , 11:20

İspaniya çempionatında 31-ci turun görüşləri davam edir.
Çempionluq üçün mübarizə aparan “Barselona” və “Atletiko” Madrid “Nou Kamp”da qarşılaşıb. Görüş katalonların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqlar görüşün 28-ci dəqiqəsindən görüşü 10 nəfərlə keçirib. Dyeqo Koşta hakimi təhqir etdiyi üçün meydandan qovulub.
6 aprel, şənbə
İspaniya çempionatı
“Barselona” – “Atletiko” Madrid – 2:0
Qollar: 85′ Luiz Suarez (1:0), 86′ Lionel Messi (2:0), 28′ Dyeqo Koşta (qırmızı kart)
