İspaniya La Liqasında mübarizə aparan “Barselona” “Arsenal”ın futbolçusu Hektor Bellerini heyətinə qatmaq istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda “Mundo Deportivo” xəbər yayıb.
“Katolon” klubu müdafiədəki boşluğu 21 yaşlı futbolçu ilə doldurmaq niyyətindədir.
Qeyd edək ki, 2011-ci ildə İspaniya təmsilçisi müdafiəçini heyətinə qatmaq istəsə də, bu baş tutmamışdı.
Xatırladaq ki, 16 yaşında “Barselona”dan “Arsenal”a keçən futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 20 oyuna 2 məhsuldar ötürmə edib.
