“Arsenal”ın müdafiəçisi Ektor Bellerin karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, bu haqda “sport.es” xəbər verib.
İspaniyalı futbolçu “Barselona”nın maraq dairəsinə düşüb.
Kataloniya təmsilçisi komandadan ayrılacağı gözlənilən Dani Alveşin mövqeyini məhz Bellerinlə doldurmaq niyyətindədir. “Arsenal” 21 yaşlı futbolçunun transfer üçün “Barselona”dan 40 milyon avro tələb edir. “Barsa”nın Bellerin üçün bu məğləği ödəyib-ödəməyəcəyi maraqla gözlənilir.
