“Barselona” Alveşi təqdim etdi
17.11.2021 , 20:26
“Barselona” sabiq futbolçusu Daniel Alveşi ictimaiyyətə təqdim edib.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Braziliyalı müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 38 yaşlı Alveş 2008 – 2016-cı illərdə da “Barselona”da çıxış edib.