“Barselona” 53 oyundan sonra ilk dəfə qol vura bilmədi
26.11.2025 , 18:45
“Barselona”nın uzunmüddətli qol seriyası başa çatıb.
Korner.az xəbər verir ki, kataloniyalılar Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Çelsi”yə 0:3 hesabı ilə uduzaraq 53 oyun sonra ilk dəfə rəqib qapısından top keçirə bilməyiblər.
Komanda son dəfə 2024-cü il dekabrın 15-də “Leqanes”lə oyunda (0:1) qol vurmayaraq belə bir vəziyyət yaşamışdı. Həmin tarixdən bəri “Barselona” ardıcıl 53 matçda ən azı bir dəfə fərqlənməyi bacarırdı.
Qeyd edək ki, “Barselona” hazırda Çempionlar Liqasının turnir cədvəlində 7 xalla 15-ci yerdə qərarlaşıb.