Çempionlar Liqasının IV turu çərçivəsində keçirilən “Olimpiakos” – “Barselona” matçı ilklə əlamətdar olub
Yunanıstanda gözlənilmədən bərabərə qalan Kataloniya təmsilçisi 5 ildən sonra birinci dəfə qrup matçında qol vura bilməyib.
İspaniya nəhəngi buna qədər sonuncu dəfə 2012-ci il dekabrın 5-də “Nou Kamp”da “Benfika”nın müqavimətini qıra bilməmişdi – 0:0. Komanda geridə qalan 5 il ərzində keçirdiyi 27 qrup qarşılaşmasının hamısında fərqlənməyə nail olub. Bu oyunların 21-də qələbə qazanan (3 heç-heçə, 3 məğlubiyyət) “Barsa” rəqib qapılarından 73 top keçirib, özü isə 18 dəfə mərkəzə dəvət edilib.
Qeyd edək ki, “Barselona” 4 turdan sonra 10 xalla D qrupuna başçılıq edir.
