“Barselona” 30 milyonluq itki ilə üz-üzə
18.04.2020 , 16:20

“Barselona”nın koronavirus pandemiyası səbəbiylə qarşılaşdığı daha bir maddi itki açıqlanıb.
Korner.az xəbər verir ki, pandemiya səbəbiylə çempionat dayandırıldığına görə klub hər ev oyunu üçün bilet satışından 3,3 milyon avro itirir.
İspaniya La Liqasının noyabra qədər azarkeşsiz keçirilməsi müzakirə edilir. Bu qərar qəbul edilsə, “Barselona”nın itkisi 30 milyon avro olacaq.
