“Barselona” 12 ildən sonra ilk dəfə
12.12.2018 , 13:25

“Barselona” 12 il sonra Çempionlar Liqasında ilk dəfə öz oyun tərzini sərgiləyə bilməyib. Kataloniyalılar “Totenhem”lə matçda (1:1) rəqibi ilə müqayisədə topla az oynayıb.
Ernesto Valverdenin komandasının topa sahib olma faizi 49,8 olub. London təmsilçisi Avropanın ən mötəbər klub turnirində 2006-cı ildən bəri “Barsa”nı topa nəzarətdə geri qoyan ilk komanda olub.
İspaniya klubu qrup mərhələsini lider olaraq başa vurub
