"Atletiko" (Madrid) klubunun futbolçusu Anton Qrizman maraqlı fikirləri ilə diqqət mərkəzinə gəlib.
Korner.az-ın məlumatına görə, fransız futbolçu daha öncə "Barselona"nın təklifini rədd etdiyini bildirib:
"Barselona"dan təklif almışdım. Lakin mənim ilk öncə B, daha sonra A komandasında oynamağımı istədilər. Daha öncə də "Real Sosyadad"ın heyətində ikinci liqada oynamışdım. Yenidən aşağı liqada oynamaq istəmədiyim üçün "Barselona"nın təklifini rədd etdim".
