“Barselona”nın heyətində daha bir itki baş verib.
Korner.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin müdafiəçisi Jeremi Matye sıradan çıxıb. Bu barədə məlumat klubun rəsmi saytından verilib.
Fransız futbolçu dünən gecə Kataloniya kuboku uğrunda “Espanyol”la keçirililən qarşılaşmada (0:1) zədələnib. 32 yaşlı müdafiəçi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
