“Monpelye”nın mərkəz müdafiəçisi Mapu Yanqa-Mbiva “Milan” və “Arsenal”ın ardından “Barselona”nın da maraq dairəsinə düşüb.
Korner.az– ın məlumatına görə, “Barselona”nın skautları futbolçunu ötən mövsümdən bəri izləyirlər. Hətta futbolçunun Çempionlar Liqasında “Arsenal”a qarşı oyununu da izləyiblər.
Qeyd edək ki, ötən il "Monpelye"nin Fransa çempionluğunu qazanmasında Mbivanın da böyük əməyi olub.
