“Roma”nın futbolçusu Miralem Pyaniç “Barselona”nın onu transfer etmək istəməsi xəbərinə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, Bosniya və Herseqovina millisinin oyunçusu UEFA-nın saytına açıqlamasında belə danışıb:
“Barselona” kimi klubun səninlə maraqlanması xəbərini eşitmək xoşdu. Ancaq bu, adi qəzet xəbərindən başqa bir şey deyil. Mən bütün diqqətimi “Roma”ya yönəltmişəm. Bütün kubokları yalnız bu klubla qazanmaq istəyirəm”.
Daha öncə bildirilirdi ki, “Barsa” Pyaniçin transferi üçün “Roma”ya 40 milyon avro ödəməyə hazırdı.
