İrlandiyanın paytaxtı Dublində yaşayan 9 yaşlı Zak Gilsenan, Katalan nəhəngi “Barcelona” ilə müqavilə imzalayıb.
Korner.az-ın məlumatına görə, Zak sınaq qarşılaşması zamanı 7 qol vuraraq bütün diqqətləri üzərinə çəkmişdi.
400 futbolçunun arasından seçilərək, Xavi və İniesta kimi dünya ulduzlarının yetişdiyi “Barsa”ya keçən Gilsenanın atası Stefan Gilsenan oğlu ilə qürur duyduğunu ifadə edərək: "Zak biz Avstraliyada yaşayarkən “Tottenhem”in oradakı futbol akademiyasında kəşf edilincə yenidən İrlandiyaya döndük və ona “Tottenhem”'də oynamaq fürsəti yaratdıq”, – deyə bildirib .
Oğlunun mayda sınaqlara çağırıldığını ifadə edən ata bunları deyib: "400 nəfər arasından mərhələli seçim aparıldı və sonda 16 futbolçunun yer aldığı sınaq qarşılaşması oynanıldı. Zak həmin oyunda 7 qol vurdu və möcüzəvi oynadı”.
Zakın oyun stili ilə Messiyə çox oxşadığı iddia edilir.
