“Barselona” klubunun gənc futbolçusu Munir Əl-Haddadi çıxış edəcəyi milli komandanın adını açıqlayıb.
Korner.az-ın məlumatına görə, Mərakeş əsilli futbolçu İspaniya yığmasında oynamağa qərar verib:
“İspaniya millisində forma geyinməklə xəyallarım gerçək oldu. Hər şeyin çox tez baş verməsinin fərqindəyəm, ancaq üzərimdə daha çox işləməyə davam edəcəm. İspaniyada doğuldum və bu ölkənin millisini seçdiyim üçün çox xoşbəxtəm. İspaniya yığmasında oymamaq tamamilə öz iradəmlə verdiyim qərar oldu”.
Qeyd edək ki, İspaniya – Makedoniya oyunu 5:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
