Argentinalı ulduz futbolçu Lionel Messi çıxış etdiyi "Barselona"dan həftədə 346 min avrodan bir qədər də artıq pul alacaq.
Korner.az-ın məlumatına görə, sözügedən xəbəri İspaniyanın məşhur “As” qəzeti yayıb. Məlumatda bildirilir ki, Kataloniya təmsilçisi hücumçunun maaşını daha səkkiz milyon avro artırmaq qərarına gəlib. Bu isə o deməkdir ki, Messi 18 milyon avro maaş alacaq.
