Andreas İnyesta futbolçu karyerasını bitirdikdən sonra da “Barselona”da qala bilər.
Korner.az-ın məlumatına görə, Kataloniya klubu təcrübəli yarımmüdafiəçiyə ömürlük müqavilə təklif edəcək.
Təklifi qəbul edəcəyi halda, İnyesta “Barselona”da istədiyi qədər qala bilər.
Futbolçu karyerasını bitirikdən sonra isə o, klubda başqa vəzifə tutacaq.
