“Barselona” daha bir aparıcı futbolçusu ilə müqaviləni yeniləyib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün argentinalı müdafiəçi Xavyer Maskerano ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 32 yaşlı futbolçu 2010-cu ildə “Liverpul”dan transfer olunub.
