“Barselona”nın transfer komissiyasının üzvü Aryedo Brayda qapıçı Klaudio Bravonun komandadan ayrılmayacağını açıqlayıb.
Korner.az-ın məlumatına görə, rəhbərlik və məşqçilər heyətinin təcrübəli qolkiperlə vidalaşmaq istəmədiyini bildirən Kataloniya klubunun rəsmisi bunları söyləyib:
“Bravo transferə çıxarılmayacaq. Biz onunla bağlı heç bir təklifi heç nəzərdən də keçirmirik. O, bizim ulduzlarımızdan biridi və “Barselona”nı tərk etməyəcək”.