İspaniya Primerosunun X turu çərçivəsində "Selta" üzərində 3:1 hesablı qələbə qazanan "Barselona" bu nəticəylə tarixində yeni səhifə yazıb.
Korner.az-ın məlumatına görə, katalonlar cari mövsümdə keçirdikləri 10 oyundan 25 xal qazanıblar.
Bu isə komandanın tarixində ən yüksək göstəricidi. Bunadək rekord göstərici 1997/98-ci illər mövsümündə qazanılmış 25 xal idi. Qeyd edək ki, "Selta" üzərindəki qələbə sayəsində "Barsa" əzəli rəqibi "Real"ın rekordunu təkrarlayıb. Madridlilər ilk 10 turda 28 xal toplamağa iki dəfə – 1968/69 və 1991/92-ci illər mövsümündə nail olmuşdu.
