Dortmund “Borussiya”sı Götze və Levandovskinin ardınca daha bir futbolçusunu “itirəcək”.
Korner.az-ın məlumatına görə, İspaniyanın “Marka” qəzeti “Barselona”nın Mats Hummelsin meneceriylə danışıqlara başladığını yazıb.
İddiaya görə, katalonlar futbolçunu razı salıblar. İndi qalır klubların razılığa gəlməsi. Məlumatda bildirilir ki, “Borussiya” keçidin baş tutması üçün 20-25 milyon avro istəyəcək.
