“Barselona”nın müdafiəçisi Xavyer Maskerano bud əzələsinin zədəsindən yayına bilib.
Korner.az-ın məlumatına görə, argentinalı futbolçu “Real”la oyunun ilk hissəsində Xames Rodriqeslə toqquşmadan sonra oyunu davam etdirə bilməmişdi.
31 yaşlı müdafiəçinin zədəsi ciddi çıxmayıb. Amma onun Çempionlar Liqasının qrup mərhələsində “Roma” ilə oyunda meydana çıxması sual altındadı.
