“Barselona” ondan canını qurtarır
31.07.2023 , 11:03

“Barselona”nın futbolçusu Dembele PSJ ilə anlaşıb.
Korner.az-ın məlumatına görə, futbolçunun Paris klubuna keçməsi an məsələsidi. Tərəflərin bütün məsələlərdə ortaq məxrəcə gəldiyi bildirilir.
Bu transferdən “Barselona”nın qazancı isə 25 milyon avro olacaq.
