“Neftçi” qış fasiləsində daha bir futbolçu ilə vidalaşır. Uqo Barqas karyerasını “Bluminq” komandasında davam etdirəcək.
Bu barədə “El Mundo” nəşrinə klubun meneceri Tito Paz məlumat verib. Onun sözlərinə görə, 30 yaşlı forvard ona göndərilən rəsmi təklifi artıq qəbul edib:
“Barqas 2018-ci il yanvarın ilk həftəsində “Bluminq”ə qoşulacaq. Müqavilə ilə bağlı ona rəsmi təklif göndərmişik. Danışıqlar uğurlu keçib. Sözləşmə bizim büdcəmizə uyğundur”.
