Cari mövsümdə "Qalatasaray"ın heyətində yer almayacağı söylənilən və "Beşiktaş"a keçəcəyi gözlənilən Milan Baroşa İspaniyadan da təklif var.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Selta" çex hücumçunun xidmətində maraqlıdı. İspan klubunun "sarı-qırmızılılar"dan illik 2 milyon 800 min avro alan Baroşa müvafiq məvacibi təklif etmədiyi, ancaq danışıqların başladığı iddia edilir.
