"Qalatasaray"ın çex futbolçusu Milan Baroş klubdan ayrılmağa hazırlaşır.
Korner.az–ın məlumatına görə, bu məlumatı Baroşun meneceri Paska da təsdiqləyib.
Paska açıqlamasında deyib ki, müştərisinin "sarı-qırmızılılar"la problem yaşamadan ayrılacağına inanır. Qeyd edək ki, Baroş Çexiyanın "Banik Ostrava" klubu ilə danışıqlar aparır. Milan bu kluba keçərsə, Bekhem kimi, o da pulsuz oynayacaq.