Barış Şimşek üçün UEFA-dan təyinat
22.08.2023 , 12:22

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA tərəfindən növbəti təyinat alıb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Hearts” (Şotlandiya) – PAOK (Yunanıstan) oyununun hakim-inspektoru olacaq.
Sözügedən matç avqustun 24-də oynanılacaq.
