Barış Şimşək üçün növbəti təyinat
11.11.2023 , 16:40

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA tərəfindən təyinat alıb.
Korner.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsı çərçivəsində keçiriləcək Slovakiya – İslandiya oyununun hakim-inspektoru Barış Şimşek olacaq.
Matç noyabrın 16-da Bratislavada baş tutacaq.
