Barış Ekincier təlim-məşq toplanışında iştirak etməyəcək
26.08.2020 , 16:50

Almaniyanın “Bohum” klubunda çıxış edən Barış Ekincier 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində sentyabrın 7-də Fransa yığmasına qarşı keçirəcəyi oyuna hazırlıq məqsədilə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edə bilməyəcək.
Korner.az AFFA-nın saytına istinadla xəbər verir ki, buna səbəb “Bohum” klubunun 6 üzvündə koronavirus (COVİD-19) testinin pozitiv nəticələnməsi ilə əlaqədar Bundesliqanın əsasnaməsinə və federal qanunlara uyğun olaraq, komandanın bütün məşqçi, futbolçu və inzibati heyəti üçün 14 günlük karantin rejiminin tətbiq olunmasıdır.
