Barış 3 nəhəng klubun hədəfində
12.07.2024 , 15:10

“Qalatasaray”ın futbolçusu Barış Yılmaz üç nəhəng klubun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, oyunçu ilə “Arsenal”, “Borussiya” və “Liverpul” yaxından maraqlanır.
Hər üç klub futbolçu üçün hərəkətə keçib. Yaxın günlərdə Barışa rəsmi təklifin göndəriləcəyi gözlənilir.
Onun hələ ki, hansı klubun təklifinə müsbət baxacağı bilinmir.
