“Barcelona” qapıçısı ilə yolları ayırır
29.04.2019 , 15:41

“Barselona” klubunun qapıçısı Kasper Silessen yayda klubu tərk edəcək.
Hollandiyalı qolkiper əsas heyət oyunçusu olacağı kluba keçmək niyyətindədir.
“Hazırda “Barselona” klubunun futbolçusuyam. Yayda dincəlib, daha sonra əsas heyətdə oynamaq üçün özümə klub axtaracam.”
Qeyd edək ki, 30 yaşlı qapıçı 2016-cı ildən “Barselona” klubunda çıxış edir.
