Barça TV bağlanır – 140 işçi işsiz qaldı
28.04.2023 , 09:42
La Liqanın lideri “Barselona”da iqtisadi problemlər davam edir.
Korner.az xəbər verir ki, Kataloniya radiosunun yaydığı məlumatda klubun idarə heyətinin iyunun 30-dan etibarən Barça TV-nin yayımını dayandıracağı və 120-140 işçinin ixtisar olunacağı bildirilib.
“Barselona” 14 işçisi ilə birlikdə onlayn yayım platforması vasitəsilə bəzi yayımları davam etdirməyi planlaşdırdığı da iddia edilir.