Bu gün Topaz Premyer Liqasında 2017/2018 mövsümünün son oyunu keçirilib
“Qarabağ” “Qəbələ” ilə qarşılaşıb. Matç Ağdam klubunun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Oyundan sonra “Qəbələ”nin futbolçusu Baqali Dabo jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq, oyun haqda fikirlərini bildirib:
– Mövsümə başlayanda bizim məqsədimiz ikinci yer tutmaq deyildi. Lakin çempionatda elə oyunlar oldu ki, əbəs yerə məğlub olduq. Lakin ümumilikdə baxdıqda, ikinci yer də pis deyil.
– “Qol kralı” ünvanına sahib oldu. Bu nə dərəcədə əhəmiyyətlidir?
– Bombardir olmağım komandadakı hər kəsin əziyyətinin nəticəsidir. Əgər soruşsanız ki, çempionluq yoxsa bu hədiyyə? Mən çempionluğu seçərdim.
– Ən yadda qalan qolun hansı oldu?
Hələ qarşıda oyun var, ona görə də dəqiq deyə bilmərəm.
