Banklar Liqasında çempion müəyyənləşdi
18.12.2023 , 15:29

“ETOPAZ”ın baş sponsorluğu, “Fire League”in təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Banklar liqası minifutbol turnirində final və 3-cü yer uğrunda oyunlar baş tutub.
3-cü yer uğrunda görüşdə Unibank, Kapital Bank komandası üzərində 7-0 hesablı qələbə qazanaraq 3-cü yerin sahibi olub. Final qarşılaşması maraqlı və gərgin keçib.
Bank Respublika VTB Bank üzərində 2-1 hesablı qələbə qazanaraq turnirin baş mükafatına layiq görülüb.
Xatırladaq ki, 20 bank kollektivinin qatıldığı turnir oktyabr ayında start götürmüşdü.