Bu gün "Şəfa" stadionunun 4-cü meydançasında "İnter" PİK UGFM-nin U-15 komandası üçün test imtahanları keçirilib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu testlər sürətliliyi, dözümlülüyü və digər komponentləri özündə birləşdirən normativlər seriyasını əhatə edirdi. Komandanın futbolçuları 7×50 m. qaçış, 30 m. qaçış, 15 m. qaçış və 5-qat tullanma üzrə nörmativlər verdilər. İmtahanlar "İnter"in UGFM-nin inkişafı üzrə layihə rəhbəri Valentin Xodukinin rəhbərliyi altında keçirildi.
Qeyd edək ki, "İnter" UGFM-nin bütün yaş kateqoriyaları üzrə komandaları 6 aydan bir test imtahanları verir.
Əlavə edək ki, digər yaş kateqoriyaları üzrə komandalar həmin testdən gələn həftə keçəcək.
