Türkiyə təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdan “Bakı” fevralın 1-də hazırlığını bərpa edəcək.
Korner.az-ın məlumatına görə, Antalyada 2 həftəlik hazırlıq prosesində olan komandaya 3 günlük istirahət verilib.
Komandanın baş məşqçisi Bojidar Bandoviç və bir neçə əcnəbi futbolçu bundan istifadə edərək ölkələrinə gediblər.
Paytaxt təmsilçisi qış fasiləsinin son hazırlıq mərhələsində 1 yoxlama oyunu keçirməyi planlaşdırır ki, bunun da fevralın 3-də olacağı istisna deyil.
