“İki sadə qol buraxdıq. Hər bir halda yaxşı oyun oldu, qarşıdakı oyunlara hazırlaşmalıyıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri bu gün keçirilmiş “İnter” – “Bakı” oyunundan sonra qonaqların baş məşqçisi Bojidar Bandoviç deyib.
Bandoviç rəqibin daha yaxşı oynadığı fikriylə razılaşmadığını da vurğulayıb: “Rəqibin bizdən daha yaxşı oynadığını düşünmürəm. Xüsusən ikinci hissədə üstün oynadıq, erkən qol vurduq, topa nəzarət etdik”.
