“Çox pis oynadıq, komanda oyunu yox idi. Futbolçular daha çox fərdi oyuna üstünlük verdilər".
Korner.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində bu gün keçirilmiş "Bakı" – "Qəbələ" oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Bojidar Bandoviç deyib.
Serb çalışdırıcı bu dəfə mübarizəsiz uduzmalarından şikayətlənib: "Rəqib qələbəyə layiq idi. Buna qədər 7 oyunda məğlub olmuşduq, hamısında da mübarizə aparıb uduzmuşduq. Lakin bu gün belə olmadı. Mən oyunçu olsaydım, bugünkü oyunumuzla fəxr etməzdim”.