Balotellinin yeni klubu
11.07.2024 , 23:04

“Adana Dəmirspor”la müqaviləsi başa çatan Mario Balotellinin yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, o, karyerasını Braziliyada davam etdirəcək.
Futbolçu sözügedən ölkənin “Korintians” klubu ilə anlaşıb.
Oyunçunun qısa zamanda Braziliya klubu ilə müqaviləyə imza atacağı gözlənilir.
Ötən mövsüm “Adana Dəmirspor”un heyətində 16 matçda iştirak edən Balotelli 7 qol vurub, 1 məhsuldar ötürmə edib.
