Balotelli yenidən İtaliyada
19.08.2019 , 12:49

İtaliya millisinin üzvü Mario Balotelli karyerasını vətənində davam etdirəcək.
Korner.az-ın məlumatına görə, təcrübəli forvard A seriyasına vəsiqə qazanan “Breşiya”da çıxış edəcək. 29 yaşlı forvard mövsümlük 1,5 milyon avro maaş alacaq.
İtaliya millisinin üzvü ötən mövsümü “Nitsa” ilə “Marsel”də keçirib və 25 oyuna 8 qol vurub, 1 assist edib.
