DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Ermənistanla səfərdə qarşılaşacaq İtaliya yığmasının futbolçusu Mario Balotelli daha bir qalmaqalıyla gündəmə gəlib.
Korner.az-ın məlumatına görə, matç öncəsi yığmayla birlikdə Napoliyə gedən Balotelli qatar stansiyasında bir operatorun kamerasına zərbə endirib.
İtaliya mətbuatı səfər vaxtı Marionun xeyli aqressiv olduğunu qeyd edib.