İtaliya milli komandasının futbolçusu Mario
Balotelli, yenə gündəmə gəlməyi bacardı.
Korner.az-ın məlumatına görə, Mario “Kosta
Rikanı məğlub etsək Kraliça məni yanağımdan öpsün” ifadəsini səsləndirib.
“Mançester Siti”də tez-tez ictimaiyyətin
gündəminə gələn Balotelli, İngiltərənin qrupdan çıxma şansının möcüzələrə və
İtaliyaya bağlı olduğunu bildirib. Belə ki,İtalyanın həm Kosta Rikanı,həm də
Uruqvayı məğlub etməsinə ehtiyacı olan İngiltərəyə mesaj göndərmiş oldu.
