İtaliya milli komandasının və "Mançester Siti"nin aparıcı futbolçusu Mario Balotelli ata olacağı barədə yayılan xəbərləri təkzib etdi.
Korner.az-ın məlumatına görə, ötən günlərin birində futbolçunun sevgilisi Rafaello Fiko, Balotellidən uşağı olacağını vurğulamışdı. Məsələ ilə bağlı açıqlama verən Mario bunları deyib:
"Belə şeylərdən danışmaq istəmirəm. Mənim o insanla əlaqəm aprel ayının əvvəlindən bu yana bitib. Həmin vaxtdan biz görüşmürük. O mənim məşhurluğumdan yararlanmaq istəmir. Çünki onun özü olduqca tanınmış biridir. Əgər uşaq barəsində mənə inanmırsınızsa DNT testi uyğulayın."
