Futbol həyatı ilə birgə gündəmə qalmaqal ilə gələn "Mançester Siti"nin ulduz forvardı Mario Balotelli sinəsinə yazı döydürüb.
Korner.az-ın məlumatına görə, İtaliya millisinin də şərəfini qoruyan futbolçu Çingiz xanın məşhur bir fikrini – “Sizin mütləq bir günahınız var. Günahınız olmasaydı, Tanrı sizə mənim kimi bir bəla yollamazdı” – sözlərini bədəninə yazdırıb.
Balotelli bununla da, yenidən Britaniya mətbuatının diqqət mərkəzinə düşüb.
