Balotelli qərarını verdi
21.08.2018 , 16:06
Mario Balotellinin “Nitsa” komandasındakı taleyinə aydınlıq gətirilib
İtalyan futbolçu daha bir mövsüm bu komandada çıxış edəcək. 28 yaşlı hücumçu uzun müddət düşündükdən sonra bu qərara gəlib və komanda onunla yeni müqavilə bağlayıb. Balotelli Fransa Liqa 1-də IV turun “Lion”la səfər oyununda meydana çıxa bilər.
Qeyd edək ki, Mario Balotelli “Nitsa”ya 2016-cı ilin yayında İngiltərə “Liverpul”undan keçib.