İtaliya yığmasının yeni baş məşqçisi Antonio Konte milliyə çağırılan futbolçuların siyahısını açıqlayıb.
Korner.az-ın məlumatına görə, bu siyahıda “Zenit”in müdafiəçisi Domeniko Krişitonun və “Liverpul”un yeni transferi Mario Balotellinin adı yoxdu. Onlar Hollandiya ilə oynanılacaq yoldaşlıq görüşündə və Avro-2016 seçmə mərhələsinin ilk oyununda iştirak etməyəcəklər.
Məşqçinin hansı səbəbdən onları çağırmaması məlum deyil.
